Şən yolka

Karikatura - Şən yolka

Geyinibsən al-əlvan, 
Budaqların çıraqban, 
Dövrə vurub qız-oğlan 
Nəğmə deyir şən yolka, 
Sən nə gözəlsən, yolka. 

Dildə gəzir sorağın, 
Bəzənib hər budağın, 
Şaxta baba qonağın 
Olmuş sənin şən yolka, 
Sən nə gözəlsən, yolka. 

Çölü-meşəni bəzə, 
Düzləri gəzə-gəzə 
Hər il qonaq gəl bizə 
Ürək açan şən yolka, 
Sən nə gözəlsən, yolka. 

Исполнитель: 
Жанр: 
Информация о песне: 
Sözləri Tofiq Mütəllibovun Musiqisi Ağabacı Rzayevanındır